İlon Mask Tviterin qərargahını köçürəcək?

"Twitter"in baş direktoru İlon Mask şirkətin qərargahının San-Fransiskoda qalacağına söz verib.
Redaktor.az xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.
"San Fransisko, gözəl San Fransisko! Çoxları sizdən ayrılsa da, biz həmişə sizin dostunuz olacağıq”, - deyə o bildirib.
Mask vurğulayıb ki, X (əvvəllər Twitter) bir-bir şəhəri tərk edən və ya onu tərk edən digər şirkətlərdən nümunə götürməyəcək.
Yusif EYVAZLI