2023-cü ilin ən yaxşı smartfonlarının adları AÇIQLANDI

Məşhur AnTuTu etalonunun yaradıcıları smartfonların aylıq reytinqini dərc ediblər.
Redaktor.az “Unian”a istinadən xəbər verir ki, reytinq cədvəli real rəylərə nəzər salmaqla tərtib edilib.
İyul reytinqinə 95,05% məmnunluqla Galaxy S23 Ultra başçılıq edir. Ötən ay Samsung-un ultra-flaqmanı müsbət rəylərin 94,17%-ni toplayıb və üçüncü yerdə olub.
İkinci yeri 92,98% müsbət rəylə foto flaqmanı Vivo X90 Pro +, üçüncü yeri isə 92,73% ilə Nubia Z50 Ultra tutub.
Müqayisə üçün qeyd edək ki, iyunun sonunda ilk üçlük Meizu 20 Pro, Xiaomi 12S Ultra və Galaxy S23 Ultra idi.
Yusif EYVAZLI