"Xiaomi" yeni "nəhəng" planşetini nümayiş etdirdi

İstehsalçı "Xiaomi" noutbuk ekranı ilə müqayisə edilə bilən displey əldə edəcək ən böyük planşet Pad 6 Max-ın tezliklə satışa çıxarılacağını elan etdi. Yeniliyin diaqonalı təxminən 14 düym olacaq.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, nəşr olunmuş afişada planşetin dizaynı göstərilir ki, o, əvvəllər təqdim olunan 11 düymlük Pad 6 modeli ilə eyni olacaq. İki versiya arasındakı xarici fərqlər arasında yalnız ekran ölçüsü və Pad 6 Max-da əlavə arxa kamera var.
İlkin sızmalara görə, planşet flaqman Snapdragon 8+ Gen çipi, seçmək üçün 8 və ya 12 GB RAM, 2.8K mm təsvir ölçülü 144Hz iPS ekran və 68W sürətli şarj təklif edəcək.
Xiaomi Pad 6 Max-ın təqdimatı gələn bazar ertəsi, avqustun 14-də keçiriləcək. Ən azı dörd yeni element də nümayiş olunacaq.
Tədbirdə nəhəng planşetdən əlavə MIX Fold 3 qatlanan smartfon, Redmi K60 Extreme Edition oyun flaqmanı və Smart Band 8 Pro fitnes qolbaqının debüt edəcəyi artıq təsdiqlənib.
Turan İSMAYIL
