Rusiya 3G texnologiyasından imtina etməyi planlaşdırır

2023-cü ildən 2030-cu ilə qədər Rusiya üçüncü nəsil mobil rabitə texnologiyasından istifadəni başa çatdırmağı planlaşdırır.
Redaktor.az MK-ya istinadla xəbər verir ki, buraxılan tezliklərin 2035-ci ilə qədər rabitə sənayesinin inkişaf konsepsiyasından irəli gələn müasir texnologiyalar üçün istifadə edilməsi təklif olunur.
Strategiya həmçinin LTE standartlı rus avadanlığının, daha sonra isə 5G və 6G-Ready-nin inkişaf etdirilməsini nəzərdə tutur.
Turan İSMAYIL