"Xiaomi" ən nazik qatlanan smartfonunu təqdim etdi

Çinin “Xiaomi” korporasiyası yeni nəsil qatlanan smartfonun buraxılışını elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə "GSM Arena" nəşri məlumat yayıb.
Şirkətin məlumatına görə, Mix Fold 3 bazarda ən nazik qatlama cihazıdır. Açılan zaman korpusun qalınlığı 5,26 mm, qatlananda isə 10,89 mm-dir. Cihazın ekranı 135 dərəcə fırlana bilir.
Mix Fold 3-də iki OLED displey var. Əsas LTPO ekranı 8,03 düym diaqonal və 2160x1920 piksel təsvir ölçüsünə malikdir, xarici LTPO displeyi Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə 6,56 düym diaqonal və 2560 nits maksimum parlaqlıq əldə edib.
Yusif EYVAZLI