"YouTube" yeni reklam bloklama funksiyasını sınaqdan keçirir

“Youtube”, reklam blokerlərini ödənişli abunəçiliyə cəlb etmək üçün dəyişiklik etməyə davam edir.
Redaktor.az xəbər verir ki, məlumatına görə platformada reklamı bloklayan proqramdan istifadə edənləri indi pop-up funksiyası qarşısını alacaq.
“YouTube” istifadəçilərə yalnız iki seçim təklif edəcək; Reklam blokerini söndürmək, yaxud “YouTube Premium”da qeydiyyatdan keçmək.
“YouTube” nəinki bu xəbərdarlığı aradan qaldıracaq, həm də istifadəçidən müəyyən müddət ərzində seçim (30 - 60 saniyə) etməyi xahiş edəcək. İstifadəçi ya “YouTube”da reklamlara icazə verəcək, ya da “YouTube Premium”a keçəcək. “YouTube” bu funksiyanı qlobal miqyasda müəyyən qruplarda sınaqdan keçirir.