"Twitter"dən videoya baxmaq üçün YENİLİK

 20:21 16.08.2023     502

X sosial şəbəkəsində (əvvəllər Twitter) bir sürüşdürmə ilə digər videoya keçməyə imkan verən yeni format təqdim olunacaq.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İlon Mask məlumat verib.

"Növbəti videoya keçmək üçün sadəcə yuxarı sürüşdürün", - sosial şəbəkənin sahibi səhifəsində yazıb.

İnkişaf başa çatdıqdan sonra yeni funksiya əsas istifadəçi interfeysinə inteqrasiya olunacaq.

Yusif EYVAZLI