Apple köhnə iPhone istifadəçilərinə 65 dollar ÖDƏYƏCƏK

 21:18 16.08.2023     395

“Apple” şirkəti smartfonlarının sürəti azalan “iPhone” istifadəçilərinə təzminat ödəməyə başlayacaq. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə “The Mercury News” məlumat yayıb.

Onun sözlərinə görə, korporasiya məhkəmə yolu ilə cihazlarda problem olduğunu bildirən smartfon sahiblərinə hər birinə 65 dollar və ya təxminən 6,3 min rubl ödəyəcək. Ümumilikdə, Apple təxminən 500 milyon dollar ödəyəcək.

iPhone 6, 6 Plus, 6s, 6s Plus, SE, 7 və 7 Plus smartfonlarının sahibləri kompensasiya alacaqlar. 2020-ci ildə müraciət edən istifadəçilər ödənişə arxalana biləcəklər.

Yusif EYVAZLI