“Samsung” smartfonları yüksək keyfiyyətli kamera əldə EDƏCƏK

 19:42 18.08.2023     442

Yaxın gələcəkdə “Samsung” smartfonları yüksək keyfiyyətli kamera əldə edəcəklər. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə  "Tech_Reve" ləqəbi ilə tanınmış insayder öz Twitter səhifəsində bildirib.

Mütəxəssis bildirib ki, Cənubi Koreya korporasiyasının mühəndisləri telefonun kamerası üçün yeni sensor üzərində işləməyə başlayıblar. "ISOCELL HU1" adlı sensor 440 meqapiksellik rekord təsvir ölçüsünə sahib olacaq. Müəllif sensorun 1 düym ölçüsü alacağını qeyd edib.

“Samsung təkcə flaqman smartfonlar üçün deyil, özü idarə olunan avtomobillər üçün də oxşar kameralar buraxacaq. Hələ 2020-ci ildə korporasiya avtopilotlu avtomobillər üçün nəzərdə tutulmuş 600 meqapiksellik sensorlar yaratmağa söz vermişdi", - deyə insayder bildirib.

Yusif EYVAZLI