Prezidentdən kibertəhlükəsizliklə bağlı vacib SƏRƏNCAM

 16:54 28.08.2023     355

“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” təsdiq edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti bu Sərəncamda təsdiq edilmiş Strategiyanın həyata keçirilməsini əlaqələndirməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqini və qiymətləndirilməsini təmin etməli, Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.