iPhone 15-in təqdimat tarixi AÇIQLANDI

 20:46 29.08.2023     392

Apple iPhone və digər məhsulların payız təqdimatını və tədbirin tarixini təyin edib.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə bir sıra İT nəşrləri məlumat yayıb.

Şirkətin saytında müvafiq elan dərc olunub. Elana görə, tədbir 12 sentyabr 2023-cü ildə baş tutacaq.

2022-ci ildə olduğu kimi, təqdimat "Stiv Cobs" teatrında baş tutacaq. Təqdimat zamanı iPhone 15 seriyalı smartfonların və digər cihazların təqdim ediləcəyi gözlənilir.

Yusif EYVAZLI