"Apple" ucuz qiymətə noutbuk satışa ÇIXARACAQ

 21:28 05.09.2023     331

Amerikanın "Apple" şirkəti 2024-cü ildə yeni sərfəli portativ kompüter təqdim edəcək.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə “DigiTimes” məlumat yayıb.

Noutbuklar sadələşdirilmiş korpusa sahib olacaq və qiyməti 1000 dollardan az olacaq. Şirkət bu cihazları təhsil sektoru və ofis ehtiyacları üçün cihazlar kimi yerləşdirəcək.

Yusif EYVAZLI