“WhatsApp”a yeni funksiya əlavə EDİLƏCƏK
“WhatsApp” istifadəçiləri kanallarda dərc olunan mesajlara öz reaksiyalarını buraxa biləcəklər.
Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, "WABetaInfo" portalı messencerdə yeni funksiyanın yaranması barədə məlumat yayıb.
Bu funksiya ilə istifadəçilər yazılara müxtəlif reaksiyalar göndərə biləcəklər. Kanal administratorları reaksiyaların siyahısını müstəqil olaraq seçə biləcəklər. Eyni zamanda, onlar anonim şəkildə göndərilə bilər.
Yusif EYVAZLI