Apple cihazlarında təhlükəli boşluq AŞKAR EDİLDİ

 21:34 08.09.2023     407

Apple, cihazlarında təhlükəli bir açığı aradan qaldırdığını açıqladı. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə “ArsTechnica” məlumat yayıb.

Media müəllifləri qeyd ediblər ki, söhbət şəkillərin yüklənməsi ilə bağlı olan boşluqlarından gedir. Təcavüzkarlar bu sistem qüsurundan istifadə edərək iPhone və Mac-a sadəcə bir şəkil göndərməklə sındıra bilərlər.

Korporasiya aşkar edilmiş qüsuru yeniləmələrinin köməyi ilə aradan qaldırdığını bildirib.

Yusif EYVAZLI