"Apple" "iPhone 15"i TƏQDİM ETDİ

 21:53 12.09.2023     612

"Apple" illik payız təqdimatında "iPhone 15"i və digər yeni cihazları təqdim edib. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, tədbir şirkətin saytında yayımlanıb.

Smartfonun ekranının yuxarı hissəsində iPhone 14 Pro ilə eyni kəsik var. iPhone 15 iki ölçüdə təqdim olunur(6,1 düym və 6,7 düym ekranla). Smartfon beş rəngdə mövcuddur: çəhrayı, qara, ağ, sarı və açıq yaşıl. Smartfon korpusu kənarları yuvarlaqlaşdırılmış alüminiumdan, ön və arxa tərəfi şüşədən hazırlanıb.

Smartfonun iki kamerası var. Əsas kamera 48 meqapiksel təsvir ölçüsünə malikdir və 2x rəqəmsal böyütməyi dəstəkləyir.

Yusif EYVAZLI