"Telegram"ın yeni funksiyası AÇIQLANDI

 21:00 22.09.2023     349

Kanallar üçün hekayələr Telegram messencerində görünəcək. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, yeni funksiyanı "Telegram"da xidmətin təsisçisi Pavel Durov elan edib.

“Bu gün gəldi. Telegram kanalları artıq hekayələr dərc edə bilər!” - Durov yazıb. 

Sahibkar kanallar üçün səsvermə sisteminin olacağını vurğulayıb. 

"Səslərdən istifadə edərək istifadəçilər sevimli kanallarına hekayələr göndərmək imkanı verə bilərlər", -deyə o bildirib.

Durov qeyd edib ki, kanala yalnız premium abunəsi olan istifadəçilər səs verə bilər.

Xidmətin təsisçisi əlavə edib ki, kanal nə qədər çox səs toplasa, gündə bir o qədər çox hekayə dərc edə bilər.

Yusif EYVAZLI