Britaniyada dünyanın ən güclü lazeri yaradılacaq

 19:12 27.09.2023     381

Böyük Britaniyanın Tədqiqat və İnnovasiyalar Agentliyi (UKRI) dünyanın ən güclü lazerinin yaradılması üçün Oksfordşirdəki tədqiqat mərkəzinə 85 milyon funt sterlinq (103 milyon dollar) ayırıb.

Redaktor.az xəbər verir ki, UKRI-nin saytında verilən açıqlamaya görə, yeni "Vulcan 20-20" lazeri Saxara səhrasındakı ən parlaq günəş işığından milyard dəfə daha parlaq olacaq. Tamamlanması təxminən 6 il çəkəcək lazerin astrofiziki hadisələrin və təmiz enerji mənbəyi kimi lazer birləşməsinin potensialının araşdırılmasında istifadə ediləcəyi gözlənilir.

“"Vulcan 20-20 lazeri onun adını ona görə alıb ki, o, 20 petavatt gücündə əsas lazer şüası və 20 kilojoula qədər enerji ilə daha səkkiz şüa yaradacaq. Gücün bu iyirmi dəfə artmasının onu dünyanın ən güclü lazerinə çevirəcəyi gözlənilir”, - deyə məlumatda bildirilir.

Turan İSMAYIL