Telefonu gecə şarjda qoymağın ZƏRƏRLƏRİ

 21:55 28.09.2023     372

Aşağı keyfiyyətli doldurma qurğuları səbəbindən evdə yanğın baş verə bilər.

Redaktor.az xəbər verir ki, bu sözləri texniki elmlər namizədi Andrey Romanov söyləyib.

Mütəxəssis bildirib ki, həmçinin gecə saatlarında smartfonu doldurarkən çox böyük istilik əmələ gəlir. Bu zaman batareya sıradan çıxa və ya alışa bilər. 

Romanov əlavə edib ki, cihazı müayinə etməklə onun təhlükəli olduğunu müəyyən etmək olar. 

"Məsələn, bu, şişmiş smartfon batareyası və ya aktiv istifadə edilmədiyi zaman belə batareyanın sürətlə boşalması ilə sübut olunur", - o əlavə edib.

Onun sözlərinə görə yanğına həmçinin rozetkada qalmış və şəbəkəyə qoşulmuş şarj cihazı səbəb ola bilər. 

"Cihazın şarjını bir gecədə rozetkada qoymamalı və orijinal olmayan şarj cihazlarından istifadə etməməlisiniz.

Yusif EYVAZLI