Özünü sağaldan smartfonların yaranması PROQNOZLAŞDIRILIR

 20:45 11.10.2023     321

CCS Insight-ın analitikləri özünü bərpa edə bilən displeyli smartfonların nə vaxt bazara çıxacağını söyləyib. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Texnoloji proqnozları nəzərdən keçirən ekspertlər, yeni displey tipli cihazların beş il ərzində görünəcəyini gözlədiklərini söyləyiblər. Çox güman ki, belə ekranlarda cızıqlar və digər qüsurlar görünəndə plyonka kimi dartılan nano örtük olacaq.

"Bu, elmi fantastika deyil, bu, realdır", - deyə şirkətin mütəxəssisləri bildirib.

Onların fikrincə, yeni növ smartfonun yaradıcılarının əsas vəzifəsi gözləntiləri düzgün formalaşdırmaqdır. Şirkət 2028-ci ilə qədər belə ekranların normaya çevriləcəyini vurğulayıb.

Yusif EYVAZLI