Hakerlərdən qorunmağın ən yaxşı yolu AÇIQLANDI

 09:21 12.10.2023     280

Sosial şəbəkələrdə, messencerlərdə və proqramlarda hesabları qorumağın ən yaxşı yolu uzun parol yaratmaq deyil, əlavə autentifikasiya üsullarından istifadə etməkdir. 

Redaktor.az "lent.ru"ya istinadən xəbər verir ki, bu barədə "Multifaktor" şirkətinin əməliyyat direktoru Viktor Çaşçin bildirib.

“Bir çox tədqiqatçılar istifadəçilərin hesablarının sındırılmasını çətinləşdirmək üçün parollarını daha uzun etmələrini təklif edir. Mən bununla razı deyiləm, çünki çox faktorlu autentifikasiyadan istifadə etməklə məlumatlarınızı daha da asan qoruya bilərsiniz. Təcavüzkar sizin giriş və şifrənizi təxmin etməklə və ya başqa yolla əldə etməklə belə, hesabınıza daxil ola bilməyəcək”, - Çaşçin bildirib.

O əlavə edib ki, əlavə amil kimi mobil proqramda və ya messencerdə biometrikadan (barmaq izləri daxil olmaqla) və şəxsiyyəti təsdiqləyən digər vasitələrdən istifadə edirlər.

Humay İSGƏNDƏRLİ