"Windows 11" istifadəçilərinin sayı AÇIQLANDI

 20:41 18.10.2023     341

“Microsoft” un hazırkı ƏS-nin istifadəçilərinin sayı 400 milyon nəfəri keçib. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Windows Central məlumat yayıb.

Media mənbələri bildiriblər ki, Microsoft analitikləri bu rəqəmi şirkət rəhbərliyinə qapalı təqdimatda deyiblər. Korporasiya “Windows 11”in 400 milyondan çox kompüterdə işləməsindən məmnundur, çünki istifadəçilər arasında belə tələbat gözləmirdi.

Müəlliflər qeyd ediblər ki, Windows 11 Windows 10-dan daha az populyar olub. 

Microsoftun daxili proqnozuna görə, 2024-cü ildə Windows 11 istifadəçilərinin sayı 500 milyona çatacaq.

Yusif EYVAZLI