Ən məşhur smartfon markalarının ADLARI

 21:08 18.10.2023     455

Samsung 2023-cü ilin üçüncü rübündə smartfon bazarına başçılıq edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə son Counterpoint hesabatında deyilir.

Bu dövr üçün Samsungun payı 20 faiz olub. İkinci yerdə 16 faiz pay alan Apple qərarlaşıb. Xiaomi yüzdə 12 ilə üçüncü ən populyar smartfon markası seçilib.

Agentlik analitikləri bildiriblər ki, qlobal smartfon satışları illik müqayisədə 8 faiz azalıb, lakin əvvəlki rüblə müqayisədə 2 faiz artıb. Yaxın Şərq və Afrika illik satış artımını qeydə alan yeganə bazarlar olub.

Yusif EYVAZLI