"iPhone 16"nın texniki xüsusiyyətləri AÇIQLANDI

 20:11 20.10.2023     512

iPhone 16 seriyalı smartfonlar qabaqcıl A18 prosessorları ilə buraxılacaq. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə MacRumors məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, növbəti nəsildə “Apple” şirkətinin təqdim etdiyi smartfonlar – iPhone 16 və iPhone 16 Plus A18 prosessoru alacaq. 16 Pro və 16 Pro Max modelləri A18 Pro çipi ilə gələcək.

Yeni nəsil smartfonların digər xüsusiyyətləri barədə məlumat verilməyib.

Yusif EYVAZLI