Ən təhlükəli avtomobillərin ADLARI

 20:24 20.10.2023     461

Yol təhlükəsizliyi baxımından ən etibarsız Lada Granta və köhnə Çin avtomobilləridir. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Milli Avtomobil İttifaqının (NAS) vitse-prezidenti Anton Şaparin bildirib.

O, izah edib ki, ən təhlükəli avtomobillər müasir aktiv və passiv təhlükəsizlik avadanlığı ilə təchiz olunmayan avtomobillərdir.

"Lada Granta, bloklanma əleyhinə əyləc sistemi (ABS) və hava yastığı olan bir avtomobil olaraq yaradıldı, lakin sonra bu seçimlərdən məhrum edildi. Belə bir avtomobil yolda özünü qeyri-münasib apara bilər və qəza baş verərsə, sürücü ciddi xəsarət alma riski daşıyır", - o vurğulayıb.

Onun sözlərinə görə, köhnə Çin avtomobilləri də etibarsızdır. 

"Onlar nazik metaldan hazırlanmışdı və bütün modellərdə aktiv təhlükəsizlik sistemləri yox idi", - deyə Şaparin söyləyib.

O, həmçinin sürücülərə xəbərdarlıq edib ki, paslanmış və ya qəzaya uğramış avtomobilləri idarə etməsinlər.

Yusif EYVAZLI