"Yandex" bu hesabları BAĞLAYACAQ

 19:46 25.10.2023     304

2,5 ildən artıq fəaliyyət göstərməyən hesablar silinə bilər. 

Redaktor.az xəbər verir ki, bu barədə Yandex ID xidməti istifadəçilərə xəbərdarlıq edib.

Şirkət nümayəndələri qeyd ediblər ki, hesabından iki il yarım istifadə edilməyən istifadəçi gözlənilən bloklamadan ən azı bir ay əvvəl bir neçə bildiriş alacaq.

Profilinizə girişi itirməmək üçün Yandex xidmətlərindən birinə daxil olmaq və ya hər hansı bir hərəkəti yerinə yetirmək, məsələn, e-poçt göndərmək kifayətdir .

Şirkət izah edib ki, bu yolla xidmət profillərin qorunmasını gücləndirir. 

"Qeyri-aktiv hesablar çox vaxt köhnə parollarla qorunur; onlar ən həssasdırlar və ələ keçirildiyi təqdirdə şəxsi məlumatlara giriş mənbəyinə çevrilə, arzuolunmaz və ya zərərli məzmun göndərmək üçün istifadə oluna bilər", - təşkilatın nümayəndələri vurğulayıblar.

Yusif EYVAZLI