"Apple" öz xidmətlərinin qiymətlərini ARTIRDI

 22:04 26.10.2023     320

Apple rəqəmsal xidmətlərinə abunə qiymətlərini artırıb. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Korporasiya qeyd edib ki, dəyişikliklər ABŞ-a və “bəzi beynəlxalq bazarlara” təsir edəcək. Yeni qiymət siyasətinə əsasən, Apple One abunəsinin qiyməti ayda 16,95 dollardan 19,95 dollara, Apple TV+ xidməti üçün 6,99 dollardan 9,99 dollara, Apple Arcade 4,99 dollardan 6,99 dollara, Apple News+ 9,99 dollardan 12,99 dollara yüksəlib.

Yusif EYVAZLI