“TikTok”da YENİLİK

 13:16 28.10.2023     257

"TikTok"da 15 dəqiqəlik videoların yüklənməsi funksiyası test edilir.

Redaktor.az-ın xəbərinə görə, 15 dəqiqəlik videoların yüklənməsi imkanı müəyyən regionlarda məhdud sayda istifadəçi arasında test edilir.

Xatırladaq ki, hazırda “TikTok”a maksimum 10 dəqiqəlik xronometraja sahib videoları yükləmək mümkündür. Əgər videonun xronometrajı 10 dəqiqədən çoxdursa, o, “TikTok”a hissə-hissə yerləşdirilir.