“Facebook” hesabının təhlükəsizliyini bu yolla təmin etmək MÜMKÜNDÜR

 12:46 30.10.2023     305

“Facebook” hesabınızın təhlükəsizliyini təmin etmək üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır.

Redaktor.az onların bəzisini təqdim edir:

Qeyd olunan qaydaları izləyərək təhlükəsizliyi artırmaq mümkündür.

1) Mütəmadi olaraq təhlükəsizlik yoxlanışı edin;

2) Naməlum kompüter və ya mobil cihaz hesabınıza daxil olduqda xəbərdarlıq bildirişi alın;

3) Şifrənizi mühafizə edin;

4) Hesabınızın şifrəsini digər hesablarda istifadə etməyin və başqa şəxslərlə paylaşmayın;

5) Hesabınız üçün mürəkkəb və unikal şifrələrdən istifadə edin;

6) İkimərhələli təsdiqləmə funksiyasını aktiv edin;

7) Tanımadığınız kompüter və ya mobil cihaz hesabınıza daxil olmağa çəhd etdikdə “Facebook” sizdən xüsusi giriş kodu daxil etməyinizi və ya giriş cəhdinizi təsdiqləməyinizi istəyəcək. Bununla da hesabınız daha təhlükəsiz olacaq.(Trend)