İlon Maskın "X" şirkətinin dəyəri AÇIQLANDI

 09:33 31.10.2023     291

Amerikalı iş adamı İlon Maska məxsus olan "X" şirkəti (keçmiş Twitter) 19 milyon dollar dəyərində qiymətləndirilir.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu dəyəri mənbələrə istinadən "Fortune" jurnalı açıqlayıb.

“Əvvəllər "Twitter" olan "X" şirkəti, şirkətin işçilərinin kapitalına görə təzminat planına əsasən indi 19 milyard dollar dəyərində qiymətləndirilir”, - yazıda qeyd olunub.

Nəşrin məlumatına görə, mart ayında "X" işçilərə ümumilikdə 20 milyard dollar dəyərində səhmlər təklif edib.

Humay İSGƏNDƏRLİ