Bu smartfonlar "Google" tətbiqini virus kimi qeyd etməyə BAŞLADI

 10:14 31.10.2023     324

Naməlum bir səhvə görə, "Huawei" smartfonları "Google"dan xüsusi bir tətbiqi virus kimi müəyyən etməyə başlayıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "HuaweiCentral" məlumat yayıb.

Problem barədə ilk dəfə "SM SM 7012" ləqəbli istifadəçi məlumat verib və bu barədə "Google" dəstək saytında danışıb. 

Müəllif qeyd edib ki, "HarmonyOS" ilə işləyən "Huawei P10" smartfonunda əməliyyat sistemi "Google" tətbiqini virus kimi qeyd edib.

Problem "Huawei" smartfonlarında əvvəlcədən quraşdırılmış "Optimizer" antivirusu ilə bağlı ola bilər. Naməlum səbəblərdən proqram "Google" tətbiqini “məxfi məlumatları oğurlaya” bilən virus kimi müəyyən etməyə başlayıb.

Problemin müvəqqəti həlli kimi mütəxəssislər "Optimizer" keşini təmizləməyi və smartfonu yenidən işə salmağı tövsiyə ediblər. "Huawei" və "Google" problemə hələ cavab verməyib.

Humay İSGƏNDƏRLİ