"Apple" yeni kompüterlərini satışa çıxardı - QİYMƏTLƏR

 12:39 31.10.2023     326

Apple təqdimatında yeni nəsil prosessor və kompüterləri təqdim edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

İT nəhənginin nümayəndələri üç nanometrlik M3 çipləri haqqında danışıblar. Xəttə M3, M3 Pro və M3 Max modelləri daxildir. Apple, onların performansının M2 ilə müqayisədə 15-30 faiz artdığını vurğulayıb. M3 çipləri də təkmilləşdirilmiş qrafik prosessorları alıb.

14 və 16 düymlük MacBook Pro noutbukları yeni prosessorlar alıb. Modellərdə 128 giqabayta qədər RAM və SSD-də 8 terabata qədər daxili yaddaş var. Şirkət yeni M3 noutbuklarının əvvəlki Intel əsaslı MacBook Pro-lardan təxminən 11 dəfə sürətli olduğunu vurğulayıb.

Apple həmçinin M3 prosessoru alan 24 düymlük iMac masaüstü kompüterini də elan edib. Model 24 giqabayta qədər RAM və 2 terabata qədər daxili yaddaşı dəstəkləyir.

Yenilənmiş 14 düymlük MacBook Pro-nun qiyməti 1599 dollardan, 16 düymlük modeli 2499 dollardan başlayır. Yeni iMac minimum 1299 dollar qiymətləndirilib. 

Satışlar noyabrın 7-də başlayacaq.

Humay İSGƏNDƏRLİ