Süni intellekt sayəsində kompüter satışları artacaq

 10:20 03.11.2023     327

Fərdi kompüter bazarının analitikləri süni intellekti sənaye üçün “xilaskar” adlandırıblar.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bazar iştirakçılarının nümayəndələri süni intellektlə effektiv işləməyi bacaran kompüterlərin geniş yayıldığını elan ediblər.

"Süni intellektlə işləyən fərdi kompüterlərin meydana gəlməsi hesablama sənayesində dönüş nöqtəsidir", - deyə "Intel" şirkətinin baş direktoru bildirib.

Şirkət ekspertlərinin fikrincə, süni intellektə malik fərdi kompüterlərin qəbulu 2025-ci ilə qədər sürətlənəcək. Mütəxəssislər həmçinin 2027-ci ildə daxili süni intellekt dəstəyinə malik kompüterlərin bazar satışlarının 60 faizini təşkil edəcəyini proqnozlaşdırıblar.

Humay İSGƏNDƏRLİ