"Samsung"un yeni smartfonlarının buraxılış tarixi MƏLUM OLDU
Samsung korporasiyası yanvarın 17-də yeni smartfonlarını təqdim edir.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu tarixi Koreyanın The Elec nəşri açıqlayıb.
Yeni qadcetlərinin təqdimatı yanvarın 17-də baş tutacaq. Tədbir Amerikanın San Xose şəhərində baş tutacaq. Təqdimat başa çatdıqdan dərhal sonra Samsung model üçün ilkin sifarişləri açacaq. Cihazlar yanvarın 30-dan satışa çıxarılacaq.
İnsayderlər həmçinin informasiyanı açıqlayıblar ki, İT nəhəngi üç flaqmanın - buraxılış Galaxy S24 cihazı, təkmilləşdirilmiş Galaxy S24+ modeli və ən yüksək səviyyəli Galaxy S24 Ultra qacetinin buraxılmasını planlaşdırıb.
Yusif EYVAZLI