"Moskviç"in yeni modeli 2024-cü ildə satışa çıxarılacaq

 12:25 23.11.2023     338

Yeni "Moskviç" modelinin yığılması və satışına 2024-cü ilin birinci yarısında başlanacaq.

Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şirkətin istehsal direktoru Oleq Maslyakov bildirib.

Zavod nümayəndəsinin sözlərinə görə, yeni məhsul orta ölçülü krossover olacaq - o, istehsalın başlanması ilə eyni vaxtda avtosalonlara gələcək. Yeni model haqqında təfərrüatlar açıqlanmır, lakin qeyri-rəsmi məlumatlara görə, o, Çinin JAC şirkətinin Sehol X6 bazasında hazırlanacaq.

Bundan əvvəl "Moskviç" 2024-cü ildə 8 indeksi altında D sinifli avtomobillərin buraxılacağını elan etmişdi. Yeni məhsul ilin sonuna doğru bazara çıxarılacaq. O, Kia Sorento, Skoda Kodiaq, Geely Tugella və Hyundai Santa Fe modellərinə rəqib kimi təklif olunur.

Maslyakov şirkətdə istehsal bazasını təmin edə biləcək texnologiya, dizayn sənədləri və komponentlərin qalmamasından şikayət edib. Onun sözlərinə görə, “Moskviç” istehsal sahəsinin keçmiş sahibi, fransız avtomobil istehsalçısı "Renault" orada qiymətli heç nə qoymayıb. 

NƏRGİZ