"Toyota" satış həcmini rekord həddə çatdırdı

 09:44 29.11.2023     479

Yaponiyanın aparıcı avtomobil istehsalçısı "Toyota"nın oktyabr ayında beynəlxalq istehsal və satış həcmi bu ay üçün rekord səviyyəyə çatıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, istehsal həcmi 900 min avtomobil təşkil edib.

Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,7% çoxdur. Eyni zamanda, satış həcmi 7% artaraq 890 min ədədə çatıb. Müvafiq müsbət tendensiyalar xüsusilə Avropa və Şimali Amerika bazarlarında Toyota məhsullarına artan istehlak tələbi ilə bağlıdır.

Humay İSGƏNDƏRLİ