Ani mesajlaşma ilə dələduzluq edilir - XƏBƏRDARLIQ

 18:43 15.12.2023     358

Son zamanlar kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluq halları həyata keçirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərdən bu cür təkliflər gəldikdə diqqətli olmağı tövsiyə edir.

Belə ki, vətəndaşlardan “Google Map”də müxtəlif addımları həyata keçirərək qazanc əldə edilməsi vədi verilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərdən bu cür təkliflər gəldikdə diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə fərdi və bank kartı məlumatlarını qarşı tərəfə ötürməməyi, hər hansı şirkət və ya qurum adından gələn iş təklifləri bağlı birbaşa şirkətin və ya qurumun özündən bu məlumatları dəqiqləşdirməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunub.