"Hyundai" Sankt-Peterburqdakı zavodunu satır

 12:48 19.12.2023     308

Cənubi Koreyanın “Hyundai Motor” şirkəti Sankt-Peterburqdakı zavodunun Rusiyanın "Art-Finance" şirkətinə satışını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap News" məlumat yayıb.

"Hyundai Motor Manufacturing Rus" MMC-nin satışı avtomobil istehsalçısının direktorlar şurasının növbədənkənar iclasında təsdiqlənib.

Alıcı Rusiyanın "Art-Finance" MMC şirkəti olub.

Sankt-Peterburqdakı zavod 2010-cu ildə fəaliyyətə başlayıb və burada "Hyundai Solaris", "Hyundai Creta", "Kia Rio" və "Kia Rio X-Line" birləşib. Müəssisənin gücü ildə 200 mindən çox avtomobil istehsalı təşkil edirdi. Zavod 2022-ci ilin martında Ukraynada xüsusi əməliyyat başlayandan sonra komponentlərin tədarükü ilə bağlı problemlərə görə fəaliyyətini dayandırıb.

NƏRGİZ