ABŞ-da ağıllı saatların satışı qadağan olundu - SƏBƏB

 17:12 19.12.2023     365

Yeni “Apple Watch” smart saatının Amerikada satışına qadağa qoyulub.

Redaktor.az xəbər verir ki, bu barədə "9to5Mac" məlumat yayıb.

ABŞ Beynəlxalq Ticarət Komissiyası "Masimo" ilə itirilmiş patent mübahisəsinə görə Apple-a ağıllı saatların satışını qadağan edib. Mübahisə qanın oksigenlə doyma səviyyələrini aşkar etmək üçün texnologiyaya aid patentlərdən qaynaqlanır.

Qeyd olunur ki, ABŞ prezidenti Co Bayden dekabrın 25-dən əvvəl qərara veto qoya bilər, lakin bu hələ baş verməyib. Belə ki, dekabrın 25-dən etibarən “Apple Watch 9” və “Apple Watch Ultra 2” smartfonlarının ölkəyə ixracı qadağan ediləcək.

Şirkətdən bildirilib ki, "Apple" saytında saat satışı dekabrın 21-də dayandırılacaq. Cihazlar artıq dekabrın 24-də pərakəndə satış mağazalarında mövcud olmayacaq. Bununla belə, bu tarixdən əvvəl artıq satılan cihazlar üçün heç bir məhdudiyyət olmayacaq.

"Bloomberg" mənbələri daha sonra bildiriblər ki, "Apple" proqram səviyyəsində saatda qanın oksigen səviyyəsini təyin etmək funksiyasını söndürməklə qadağadan yan keçmək niyyətindədir. "Masimo" bu addımın qadağanın aradan qaldırılması üçün kifayət etməyəcəyini bildirib.

Bildirək ki, oktyabrın sonunda Fransa hakimiyyəti "Apple"a "iPhone 12"nin bütün ölkə üzrə satışını bərpa etməyə icazə verib. Sentyabrın ortalarında təhlükəli radiasiya səviyyəsinin artması səbəbindən cihazların satışı qadağan edilib.

NƏRGİZ