Teleqramdan yeni il ərəfəsində YENİLİK
Teleqram kanalları indi divar kağızı, emoji statusları və profil loqolarını təyin edə bilər.
Redaktor.az "izvestiya"ya istinadla xəbər verir ki, səhifə idarəçiləri abunələrdən və ya lotereyalardan gələn səslər sayəsində səviyyələr qazandıqları üçün kanalların görünüşünü, o cümlədən divar kağızı təyin etmək, profildəki kanal örtüyü üçün rəng, loqotipi dəyişdirmək və emoji statusu təyin edə bilərlər.
Səhifə idarəçilərinin eyni zamanda hekayələrə verilən reaksiyalara baxmaq imkanı da var.
Yeniləmədə istifadəçilər kanalın paylaşımlarını təkrar yerləşdirmək imkanı əldə edəcəklər. Bildirilir ki, gələcəkdə repostlara interaktiv sorğular əlavə etmək mümkün olacaq.
Həmidə İBRAHİMLİ