"404 page not found" sözünün çox faciəli tarixi var
İnternetdən istifadə zamanı qarşımıza çıxan "Http 404 page not found" sözünün çox faciəli tarixi var. Bunun texniki izahı belədir:
"Bu xəta, tələb olunan faylın veb serverlərdə tapılmadığı deməkdir. Əslində istifadəçi serverə qoşulur, lakin istədiyiniz nəticəyə çata bilmir".
Bəs bu sözün internet termininə çevrilməsinə səbəb olan tarixi hadisə hansıdır?
1989-cu ilin 28 avqust tarixində Pakistan Beynəlxalq Hava Yollarına məxsus yerli sərnişin təyyarəsi ölkənin şimalında yerləşən Gilgit şəhərindən İslamabada doğru yola düşdü. Məlumat üçün deyim ki, bu şəhərdə (Gilgit) indi şinlər, yaşkunlar, kəşmirlilər və digər millətlər yaşasalar da soy kökləri Şərqi Qaraxanilər dövləti ilə bağlıdır. Ərəb müəllifləri Qaraxanilər sülaləsini “Əfrasiabın varisləri” adlandırır və “Arslan xan”, “Buqara xan” və “ Xaqan” titullarını daşıdıqlarını yazırlar. Bir qrup tədqiqatçılar Qaraxanilər sülaləsini uyğurlara, digərləri karluklara, Türkiyə tarixçiləri isə Altay türklərinə aid edirlər. Son tədqiqatlar Qaraxanilər sülaləsinin türkmənşəli Çiqil tayfasından çıxdığını göstərmişdir.
Pilotlardan biri saat 07:40-da radio zəngi edib uçuşun normal olması barədə məlumat verdi.
Və..
Daha sonra təyyarə ilə əlaqə saxlamaq mümkün olmadı.
54 sərnişinin taleyi barədə heç bir məlumat yoxdur, onların itkin düşdüyü və öldüyü güman olunur. Himalay dağlarında qəzaya uğradığı güman edilən təyyarənin qalıqları indiyədək aşkar olunmayıb.
"Təyyarə ilə "404 not found" arasında nə əlaqə var?" sualını burda haqlı olaraq verə bilərsiniz
Təyyarənin uçuş nömrəsi "404" idi...
Məhz uzun axtarışlar nəticə vermədiyi, bu günə qədər də taleyi barədə məlumat olmayan təyyarə və sərnişinlərin xatirəsini əbədiləşdirmək üçün Dünya Hörümçək Toru sistemində Http 404 page not found sözü yarandı....
1989-cu ildə baş verən hadisə WWW sistemini quran Tim Berners Li və Robert Kayo tərəfindən 1990-cı ildə proqram sisteminə daxil edilib.
Zaur ƏLİYEV,
dosent