Sosial şəbəkələrdə ən çox pul qazandıran KONTENT

Məzmun yaradıcıları 2023-cü ildə təkcə monetizasiya proqramlarından 2022-ci ilə nisbətən üç dəfə çox qazanıblar.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Monetizasiya proqramlarından ən yüksək gəlir məzmunu istifadəçilərin maraqları ilə üst-üstə düşən müəlliflərə və medianın payına düşür. Ən yaxşı 5 mövzuya - yemək bişirmə, səyahət, təhsil, kitablar və bağçılıq daxildir.
Qazancın artması məzmundan pul qazanmağa başlayan qrupların 86 faiz artımı sayəsində mümkün olub.
Humay İSGƏNDƏRLİ