Apple "Apple Watch"a qoyulan qadağanın ləğvini istəyir

 10:02 27.12.2023     214

Apple monitorinq texnologiyası şirkəti Masimo-nun şikayəti əsasında "Apple Watch"un satışını qadağan edən qərardan şikayət etdi.

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, Apple satış qadağasını ləğv etmək üçün Apellyasiya Məhkəməsinə müraciət edib.

Şirkət, ən azı ABŞ Gömrük və Sərhəd Mühafizəsi saatların yenidən dizayn edilmiş versiyalarının Masimonun patentlərini pozub-pozmadığına qərar verənə qədər qadağanın dayandırılmasını istəyib.

Humay İSGƏNDƏRLİ