“Tesla” robotu mühəndisə hücum edib

 14:25 27.12.2023     288

“Tesla” şirkətinin Ostin yaxınlığındakı “Giga Texas” fabrikində çalışan mühəndis robotun hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” nəşri şirkətin hesabatında aşkarlayıb.

Avtomobilin alüminium hissələrini tutmaq və daşımaq üçün nəzərdə tutulan robot hücum zamanı mühəndisi divara sıxıb, metal pəncələrini işçinin kürəyi və qoluna batıraraq açıq yaralara səbəb olub. Hadisəni iki şahid dəhşət içində seyr edib.

Həmçinin “Amazon” daşınma mərkəzlərində robot işçilər, qatil “droid cərrahlar”, sürücüsüz avtomobillər və hətta robot şahmat təlimatçıları tərəfindən yetirilən xəsarətlər barədə artan xəbərlər yeni texnologiyanın sürətli inteqrasiyasını şübhə altına alıb.