Alimlər tərəfindən beyin çipi YARADILDI

 19:12 11.01.2024     336

Kaliforniya Universitetinin alimləri tərəfindən yaradılmış yeni neyron çip beynin səthində yerləşən dərin hissələrindən gələn siqnalları oxumaq qabiliyyətinə malikdir. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, qeyri-invaziv beyin-kompüter interfeysi yaratmaq üçün istifadə edilə bilən implantın ilkin sınaqlarının nəticələri "Nature Nanotechnology" jurnalında dərc olunub.

Çip təxminən 20 mikrometr diametrli qrafen mikroelektrodların sıx qəfəsi ilə doldurulmuş nazik, şəffaf və çevik polimerdən hazırlanıb. Beynin səthinə yerləşdirilən implant xarici təbəqələrdə yerləşən neyronlardan gələn elektrik siqnallarını qeyd edib. İki fotonlu lazer mikroskopu ilə birləşən çip həm də 250 mikrometr dərinlikdə yerləşən sinir hüceyrələrində kalsium kanallarının fəaliyyətini vizual olaraq göstərməyə imkan verib.

Geni dəyişdirilmiş siçanlar üzərində apardıqları təcrübələrdə elm adamları səthdəki elektrik siqnalları ilə beynin dərin təbəqələrindəki kalsiumla əlaqəli siqnallar arasında korrelyasiya tapıblar. 

Yusif EYVAZLI