Çin smartfonlar üçün “əbədi” nüvə batareyası YARATDI

 21:39 12.01.2024     303

Çin startapı "Betavolt" 50 il ərzində elektrik enerjisi istehsal edə bilən yeni “əbədi” akkumulyator yaradıb. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Pekində yerləşən Betavolt bildirib ki, onun 63 nüvə izotopundan ibarət nüvə batareyası nüvə enerjisinin miniatürləşdirilməsinin dünyada ilk nümunəsidir.

Startap deyir ki, yeni nəsil akkumulyator artıq pilot sınaqdan keçib və nəticədə smartfonlar və dronlar kimi kommersiya tətbiqləri üçün kütləvi istehsal olunacaq.

Yusif EYVAZLI