"iPhone 16"nın texniki xüsusiyyətləri AÇIQLANDI
“Apple” şirkəti smartfonlarında minimum operativ yaddaş həcmini artıracaq.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə MacRumors məlumat yayıb.
İPhone 16 xəttindəki bütün cihazlar 8 giqabayt operativ yaddaşa sahib olacaq. Operativ yaddaşın artırılması iPhone-da çoxlu iş performansını yaxşılaşdıra bilər.
Həmçinin, yeni nəsil Apple smartfonlarının bütün cihazları Wi-Fi 6E dəstəyi alacaq. Bu standart 6 giqahers diapazonunda məlumat ötürülməsinə imkan verir, daha sürətli simsiz sürət təmin edir və müdaxiləni azaldır. Yeni rabitə standartı Wi-Fi 7-dir ki, bu da daha yüksək performans təmin edir - xüsusən də kanalın ötürmə qabiliyyəti 160-dan 320 meqahers-ə qədər artıb.
Yusif EYVAZLI