Tesla robotu ifşa olundu - Mask etiraf etməli oldu

 10:29 17.01.2024     224

Tesla-nın CEO-su İlon Mask, şəbəkə istifadəçilərinin tənqidindən sonra, onların robotu Optimusun avtonom hərəkətlərdə məhdud olduğunu etiraf etdi.

Redaktor.az bu barədə "İnsider"ə istinadən xəbər verir.

Yanvarın 15-də Mask özünün X sosial media hesabında Optimus robot prototipinin səbətdən köynək çıxarıb səliqə ilə qatladığı videosunu yayımlamışdı. Sahibkarın bəzi abunəçiləri maşının belə bir hərəkəti öz başına edə biləcəyinə şübhə ediblər. Xüsusilə də istifadəçilər humanoidin uzaqdan idarə olunduğunu irəli sürüblər.

"Bu, simulyasiya deyil, real videodur?" – deyə məşhur blogger Markes Braunli soruşub.

Şərhçilər robotun arxasında dayanan adama da diqqət çəkiblər - onlar onun xüsusi əlcəkdən istifadə edərək maşını idarə edə biləcəyi versiyasını irəli sürüblər. Mask daha sonra abunəçilərin açıqlamasına cavab verib.

"Vacib qeyd: Optimus hələ bunu avtonom şəkildə edə bilməz", - Tesla baş direktoru bildirib.

Bununla belə, Mask vurğulayıb ki, gələcəkdə robot təsadüfi mühitdə və mütəxəssisin nəzarəti olmadan əşyaları səliqəli şəkildə qalaqlara qoya biləcək.

Bildirək ki, 2023-cü il dekabrın ortalarında Amerikanın Tesla korporasiyası insanabənzər robot Optimus Gen 2-nin yeni versiyasını təqdim edib. Maşın daha yığcam gövdəli, yerimə sürətini artırıb və yeni hərəkətlər öyrənib.

NƏRGİZ