"Telegram"da YENİLİK

 16:39 18.01.2024     305

Telegram messencerində yeni funksiyalar peyda olub. Xüsusilə də proqram şəxsi çatlarda mesajlarının oxunma vaxtını göstərməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Telegram İnfo" xəbər verir.

Mesajın nə vaxt oxunduğunu görmək üçün üzərinə klikləməlisiniz. Məlumat "cavab vermək" seçimindən əvvəl açılan siyahının yuxarısında görünəcək.

Eyni zamanda, ödənişli abunə sahibləri oxu vaxtını son fəaliyyətlərini də gizlətdikləri istifadəçilərdən gizlədə bilərlər: “Bu funksiyanı aktiv etsəniz, onların oxuma vaxtı da sizdən gizlənəcək”, - messencer parametrlərində göstərilir.

Bundan əlavə, ödənişli abunəsi olan istifadəçilər kimin onlarla yeni söhbətlərə başlaya biləcəyini seçə bilərlər. "Bütün istifadəçilər" və ya "Mənim kontaktlarım və Premium istifadəçilərim" seçimləri mövcuddur.

Yeniliklər messencerin son versiyasında - 10.6.1-də mövcuddur.

NƏRGİZ