Nokia smartfonları bazardan SİLİNƏCƏK

“Nokia” brendinin hüquqlarına sahib olan Çinin “HMD Global” şirkəti bu marka altında cihazların istehsalını dayandıracaq.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Nokiamob məlumat yayıb.
Şirkət qeyd edib ki, fevralın 1-dən etibarən bütün Nokia telefonları və planşetləri ilə vitrin HMD-nin saytında mövcud olacaq. Göründüyü kimi, nokia.com artıq smartfonlara həsr olunmayacaq. Həmçinin Çin korporasiyası “Nokia” brendi altında cihazların istehsalını dayandıracaq.
Şirkət 2016-cı ildən Nokia brendinə sahibdir və ticarət nişanı hüquqları müqaviləsi 2025-ci ildə başa çatacaq.
Yusif EYVAZLI