Süni intellekt "Windows" sistem tələblərini ARTIRACAQ

 20:44 19.01.2024     420

Fərdi kompüterlərdə süni intellektin (AI) meydana gəlməsi avadanlıqların təkmilləşdirilməsini tələb edəcəkdir. 

Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir.

Analitiklərin fikrincə, 2024-cü il süni intellektlə qabaqcıl səviyyədə işləməyi bacaran kompüterlərin buraxılması ilə əlamətdar olacaq. Xüsusilə, istehlakçı kompüterlərində süni intellektlə işləmək üçün alətlər peyda olacaq ki, bu da istər-istəməz əməliyyat sistemlərinin, o cümlədən Windows-un sistem tələblərini artıracaq.

Düzgün işləmək üçün kompüterə ən azı 16 giqabayt operativ yaddaş lazımdır. Bu, istifadəçiləri yeni kompüter almağa və ya köhnəsini təkmilləşdirməyə məcbur edəcək.

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən